Xəbər lenti

Fransanın Baş naziri Fransua Bayru istefa ərizəsini Prezident Emmanuel Makrona təqdim edərək Yelisey sarayını tərk edib.

Oxu.Az xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.

Xatırladaq ki, sentyabrın 8-də Fransa Milli Assambleyasının (parlamentin Aşağı Palatası) deputatlarının əksəriyyəti Baş nazir Fransua Bayrunun proqram xarakterli çıxışından sonra ölkə hökumətinə etimadın əleyhinə səs verib. Bu hadisədən sonra Fransua Bayrunun istefası gündəmə gəlib.




Ana səhifəyə qayıt        Baxış: 3 469          Tarix: Dünən, 18:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma