Cənubi Kiprin lideri Nikos Xristodulidisin türk qoşunlarının adadan çıxarılması ilə bağlı bəyanatı qəbuledilməzdir.
Axar.az xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının Prezidenti Tufan Ərhürman deyib.
“Adada suveren hüquqlara malik iki bərabər qurucu ortaqdan biri olan Kiprin türk xalqının iradəsi olmadan, “zəmin” titulu olmayan dövlətlərlə bir çox hərbi müqavilələr imzalayan cənab Xristodulidisin bu mövzuda belə bir ilkin şərt irəli sürməyə çalışması doğru addım deyil.
Cənab Xristodulidin yuxarıda sitat gətirdiyim ifadəsinin mənim üçün heç bir hökmü yoxdur!”, - Ərhürman bildirib.
Qeyd edək ki, daha əvvəl Nikos Xristodulidis çıxışında Kipr probleminin adadan türk ordusunun çıxarılması və təhlükəsizliklə bağlı öhdəliklərin qəbul edilməyincə həllinin mümkünsüzlüyünü bildirib.
Xatırladaq ki, bir neçə gün əvvəl Kiprin hər iki lideri arasında görüş keçirilmişdi.
Paylaş:




























