Xəbər lenti

Hind baş naziri ötən həftə tarixdə ilk dəfə İsrailə səfər etdi. Jurnalistlər, ekspertlər və hər iki ölkənin siyasətçiləri bu səfəri Hindistanın Yaxın Şərq siyasətində sərt dönüşü kimi qiymətləndirirlər. Bu qiymətləndirmə düzgündürmü?

Publika.az “Lenta.ru” saytına istinadən səfərlə bağlı ən maraqlı detalları təqdim edir.

“Hind istedadı və İsrail texnologiyaları gələcək ikitərəfli münasibətlərimizin əsasıdır. Biz baş nazir Modi ilə 2014-cü ilin sentyabrında BMT Baş Assambleyasında görüşəndə bizi ayıran son divarları yıxmağa qərar verdik. Həmin vaxt Modi dedi ki, bizim münasibətlərimizin yuxarı sərhədi səma olacaq, amma bu gün münasibətlərimiz artıq kosmosa çıxıb”, - İsrailin baş naziri Benyamin Netanyahu Narendra Modi ilə görüşü zamanı deyib.

Baş nazir daxil olmaqla, İsrail nazirlər kabinetin üzvləri qonağı qarşılamaq üçün Ben-Qurion beynəlxalq aeroportunda tam heyətdə toplaşdılar. Belə şərəfə yalnız Amerika prezidenti və Roma Papası layiq görülür. Geyimin seçiminə həmişə diqqət edən hind baş nazirin geyimi İsrail bayrağının rəngləri idi: Ağ kostyumun döş cibinə göy dəsmal qoyulmuşdu. Pilləkəndən düşən Modi Netanyahunu üç dəfə qucaqladı.

“Görünürdü, iki köhnə dost uzun ayrılıq illərindən sonra görüşdü”, - ekspertlərdən biri qeyd edib. Və təəccüblü deyil. Modi 3 günlük səfər boyunca Netanyahu ilə danışıqlarında “dost” sözünü tez-tez səsləndirdi. Bunun əslində tarixdə yəhudi dövlətinə hind baş nazirinin ilk səfəri olduğunu təsəvvür etmək çətin idi.

Antisemitizmsiz ölkə

Yəhudilər Hindistanda çoxdan yaşayırlar. Onların ən qədim icması Malabar yəhudiləridir. Əfsanəyə görə, İsraildə Solomon hökmdarlığı dövründə (eramızdan əvvəl X əsrdə -red.) Hindistan yarımadasında yerləşərək şəxsi dilini yaradıblar. Başqa yəhudi icması, Bney-İsrael bizim eramızın II əsrində Hindistanda məskən salıblar. XIX əsrdə bütün regionun ticarət mərkəzi olan Bombeydə böyük yəhudi icması yaranıb. Hindistanda bir çox ölkələrdən fərqli olaraq heç bir antisemitizm olmayıb.

Hindlilərin bir çoxu da həmçinin İsrail torpağında olublar. Birinci dünya müharibəsi illərində hind hərbi hissələri general Allenbi ordusunun skeletini təşkil edirdi. Bu ordu Yerusəlimi türklərdən almışdı.

Ərəb işi

1947-ci ilin mayında Hindistan BMT-nin Fələstin üzrə xüsusi komissiyasının tərkibinə girdi. Orada hind diplomatları vahid ərəb-yəhudi federativ dövlətinin yaradılmasını təklif etdilər, amma ölkələrin əksəriyyəti iki ayrı dövlətin – yəhudi və ərəb dövlətinin yaradılmasına səs verdilər. Etiraz əlaməti olaraq Hindistan İsrailin BMT-yə qəbuluna qarşı səs verərək müsəlman ölkələrinə qoşuldu. Baş nazir Cavaxarlal Neru sonradan yazırdı ki, sionistlər Hindistanın BMT-dəki nümayəndəsi, onun bacısı Vicayu Lakşmi Panditi qətllə hədələyərək ələ almağa və hətta qorxutmağa çalışırdılar.

Buna baxmayaraq, 1950-ci ildə Hindistan İsrailin dövlətini tanıdı. Üç il sonra Hindistana İsrail konsulu gəldi, amma sonra hər şey bitdi: Nyu-Dehli İsraildə öz səfirini göndərməkdən imtina etdi. Sonrakı illərdə hind hakimiyyəti İsraillə qarşıdurmada ərəb ölkələrini tamamilə dəstəkləyir, Fələstinin müstəqillik mübarizəsi ilə həmrəyliyini ifadə edirdi. Ölkəni idarə edən Hindistan Milli Konqresi (İNK) müsəlman seçicilərinin səslərini itirmək və ərəb ölkələri ilə münasibətləri korlamaq istəmirdi.

1990-cı illərin əvvəllərində dünya dəyişdi, köhnə ittifaqlar dağıldı. Hindistan 1992-ci ilin yanvarında İsraillə diplomatik münasibətlər qurdu. O vaxtdan münasibətlər dinamik inkişaf edir. Hərçənd bu yaxınlara qədər İNK-dən olan hind siyasətçiləri iddia edirdilər ki, Nyu-Dehli əvvəlki kimi Fələstin xalqının müqəddəs mübarizəsini dəstəkləyir.

2014-cü ildə hakimiyyətə gələn Narendra Modinin müsəlmanlara simpatiyası haqqında narahat olmağa ehtiyac yoxdur.

“Modi baş nazir olduğu andan Nyu-Dehlinin İsraillə bağlı siyasəti kökündən dəyişdi”, - 2015-ci ildə Hindistana rəsmi səfərində İsrail prezident Reuven Rivlin bildirdi.

İqtidardakı BDP rəhbərliyi İsrailə öz simpatiyasını gizlətmir: prezident Amit Şah Modi səfərini şərh edərək yəhudi dövlətini “Hindistanın həqiqi dostu” adlandırdı. O fəxr edir ki, partiyası İsraillə münasibətləri prioritet hesab edir.

Hindistanın Xarici İşlər Nazirliyinin başçısı Suşma Svarac indiyə qədər iddia edir ki, Hindistanın mövqeyində Fələstin məsələsi üzrə heç bir dəyişiklik olmayıb. Amma Nyu-Dehlinin hərəkətləri bunun əksini deyir. 2014-cü Qəzzada həyata keçirilən "Dağılmaz qaya" əməliyyatı ilə əlaqədar BMT-nin insan hüquqları Şurası İsrail hərbçilərini ittiham edən qətnaməni səsverməyə çıxardı. Hindistan ərəb ölkələrinin gözləntilərinə baxmayaraq, bitərəf qaldı.

“Bizə silahı verin!”

Bunda təəccüblü heç nə yoxdur. İsrail hazırda Hindistan üçün əsas silah təchizatçılarından biridir və Hindistan İsrail silahının ən böyük idxalatçısıdır. Nyu-Dehli İsrail silahlarının alınmasına milyardlarla dollar xərcləyir. Yəhudi dövləti hindlilərə pilotsuz uçuş aparatları, elektron komplekslər, “Yer-hava” tipli raketlər, AVAKS radar sistemləri və tank əleyhinə raketləri satır.

Amma əsas məsələ İsrailin öz raketləri, dronları və yüksəktexnologiyalı avadanlığı satmağa hazır olması deyil. İsrail şirkətləri amerikalardan fərqli olaraq hind şirkətləri ilə sıx əməkdaşlıq etməyə razıdır.

Bundan başqa, Hindistan yəhudi dövlətinin ticarət partnyorlarının arasında doqquzuncu yerə çıxıb. Hindistana İsrail ixracı 1992-ci ildəki 200 milyon dollardan 2016-cı ildə 4,2 milyarda qədər artıb. İsrail Hindistanın böyük ehtiyac hiss etdiyi texnologiyaları verməyə hazırdır. Hind baş nazirinin səfəri zamanı 40 milyon dollar kapitalla birgə innovasiya fondunun yaradılması haqqında müqavilə də daxil olmaqla, müxtəlif sahələr üzrə yeddi razılaşma imzalandı.

Hasarın arxasında qəm

İsraildə Hindistan-İsrail dostluğu haqqında söhbətlər getdiyi bir vaxtda, divarın arxasında acı məyusluq hökm sürürdü. Fələstində sona qədər gözləyirdilər ki, hind baş naziri Ramallaha gələcək. Amma Modi Fələstin lideri Mahmud Abbasla görüşdən imtina etdi.

“Biz hesab edirdik ki, Modi İsrail və Fələstinə baş çəkəcək. Əgər kimsə vasitəçi rolunu oynamağa ümid edirsə, o halda hər iki ölkəyə səfər etmək lazımdır”, - Fələstinin xarici işlər nazirinin müavini Tasir Caradat deyib.

Amma görünür, fələstinlilərə Hindistanla münasibətlərin yeni formatına alışmaq lazım olacaq.

 




Ana səhifəyə qayıt        Baxış: 884          Tarix: 11-07-2017, 15:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma