Xəbər lenti

Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri general Alekseyevə qarşı sui-qəsddə “britaniya izi” gördüyünü bildirib

Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikovun sözlərinə görə, Baş Kəşfiyyat İdarəsinin rəis müavini, general-leytenant Vladimir Alekseyevə qarşı sui-qəsdin arxasında Ukrayna xüsusi xidmət orqanları dayanır.

Lakin o iddia edib ki, bu işdə üçüncü ölkələrin kuratorluğu da açıq şəkildə görünür və xüsusilə “britaniya izi” nəzərə çarpır.

“Biz tam əminik ki, sifarişçilər Ukrayna xüsusi xidmət orqanlarıdır. Onların arxasında isə daha əvvəl də dediyimiz kimi, üçüncü ölkələr dayanır.

 Ukrayna xüsusi xidmət orqanları Qərb xüsusi xidmətlərinin kuratorluğu altında fəaliyyət göstərir. Burada ilk növbədə britaniya izini görürük. Araşdırma davam edir.”, - deyə Bortnikov bildirib.

Onun sözlərinə görə, Rusiya xüsusi xidmət orqanları sui-qəsddə iştirak edənlərin və sifarişçilərin demək olar ki, hamısını müəyyən edib.

“Baş verənləri son dərəcə diqqətlə izləyirik. Əlbəttə, bunu heç vaxt unutmayacağıq və bağışlamayacağıq.”, - deyə qurumun direktoru vurğulayıb.




Ana səhifəyə qayıt        Baxış: 2 482          Tarix: 22-02-2026, 17:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma