Xəbər lenti

İran hakimiyyəti hesab edir ki, ABŞ qarşısında danışıqlarda kapitulyasiya etmək müharibədən daha böyük risk yaradır.

“The New York Times” qeyd edir ki, ABŞ qüvvələrinin regionda cəmləşdirilməsi fonunda Tehran ABŞ prezidenti Donald Trampın nüvə və ballistik proqramlarla bağlı tələblərinə güzəştə getməkdən imtina edib.

Nəşrin yazdığına görə, İran rəhbərliyi belə güzəştlərin ölkənin əsas ideologiyasını və suverenliyini sarsıda biləcəyini düşünür. Bu isə rejimin mövcudluğu üçün müharibə riskindən daha ciddi təhlükə kimi qiymətləndirilir.

Mənbələrin məlumatına əsasən, cümə axşamı Cenevrədə keçiriləcək danışıqlarda tərəflər kompromis variantı müzakirə edə bilərlər - İrana mülki məqsədlər üçün uranın məhdud zənginləşdirilməsi proqramına icazə verilməsi məsələsi gündəmə gələ bilər.

Hazırda analitikləri iki əsas sual düşündürür: ABŞ-ın mümkün zərbəsi İranda siyasi sistemin dəyişdirilməsinə yönələcəkmi və Tehran qarşıdurmanı ABŞ prezidenti Donald Tramp administrasiyası üçün də kifayət qədər ağrılı edəcək cavab verə biləcəkmi.

Mənbələrin bildirdiyinə görə, zərbə endiriləcəyi halda ABŞ-ın əsas məqsədi İran rəhbərliyinə güclü şok effekti yaşatmaq və onu Vaşinqtonun şərtləri ilə danışıqlara qayıtmağa məcbur etmək ola bilər.




Ana səhifəyə qayıt        Baxış: 2 282          Tarix: 23-02-2026, 19:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma