Xəbər lenti

"Xalisko Yeni Nəsil" narkokartelinin "El Menço" ləqəbli lideri Nemesio Osequera Servantesin öldürülməsi ilə Meksikada başlayan zorakılıq dalğası səngimək bilmir.

Kartel üzvlərinin qisas məqsədilə başlatdığı hücumlarda ölənlərin sayı 74-ə çatıb.
Meksika mediasının məlumatına görə, ölənlərdən 25-i təhlükəsizlik əməkdaşıdır. Bildirilib ki, kartel üzvlərinin törətdiyi zorakılıqlar bir çox ştatda, əsasən Xaliskoda davam edir.

Meksikanın təhlükəsizlik naziri Omar Qarsiya Harfuk təhlükəsizlik tədbirlərinin artırıldığını bildirib və ictimaiyyəti sakit olmağa çağırıb.

Məlumata görə, hökumət zorakılığın şiddətləndiyi ştatlara 10 min əsgər göndərib.




Ana səhifəyə qayıt        Baxış: 1 844          Tarix: 25-02-2026, 15:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma