Xəbər lenti

Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsini Nərimanov rayonunun Çernyayevski küçəsi ilə əlaqələndirən 67 nömrəli şəhərdaxili müntəzəm marşrutda istismar olunan avtobuslar yenilənir.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata əsasən, fevralın 25-dən sərnişinlərin xidmətinə veriləcək 16 böyüktutumlu "Zhongtong" markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub.

 Avtobuslarda ödəniş nağdsız qaydadadır.
Gediş haqqı 0,60 manat müəyyən edilib.




Ana səhifəyə qayıt        Baxış: 1 600          Tarix: 24-02-2026, 16:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma