Rusiya erməni konyakı ilə bağlı tələbləri sərtləşdirmək niyyətindədir.
Publika.az xəbər verir ki, bu haqda vestikavkaza.ru saytı yazıb.
Məlumata görə, “Rospotrebnadzor” (İstehlakçıların hüquqlarının və insanların rifahının müdafiəsi üzrə Federal Nəzarət Xidməti) ölkəyə daxil edilən konyakın yoxlamalarına başlamağı planlaşdırır.
Sanksiyalar əsasən erməni konyakının ucuz seqmentinə təsir edəcək. Məqsəd bazarın həm saxta məhsullardan təmizlənməsi, həm də Rusiya konyakının satışı üçün imkanların genişləndirilməsidir.
Rusiya 2025-ci ilə kimi spirtli içkilər, həmçinin konyak və şərabların şəxsi istehsalatına keçid siyasətini həyata keçirir.
Ermənistan Milli Şərab Mərkəzinin məlumatına görə, bütovlükdə erməni konyakları Rusiya konyak bazarının üçdə birini tutur.
Rusiyanın açıqladığı məlumatlar isə bir qədər fərqlənir. Məlumata görə, 2014-cü ildə üç ölkədən –Ermənistan, Fransa və Gürcüstandan 25 milyon litr konyak idxal edilib. Bunun təxminən 10 milyonu Ermənistanın payına düşür.
Paylaş: