Rusiya sərhədçilərinin erməni sərhədçiləri ilə birlikdə Azərbaycanln işağl olunmuş Dağlıq Qarabağ bölgəsində birgə təlimlərlə bağlı yayılan məlumata dəyişiklik edilib.
Publika.az “news.am”-a istinadən xəbər verir ki, məlumatı Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti dəyişib.
Məlumatda Dağlıq Qarabağ sözü çıxarılıb və yenilənmiş versiyası yayılıb.
Qeyd edək ki, Rusiya Sərhəd Xidmətinin əvvəlki məlumatında bildirilirdi ki, “Rusiya Sərhəd Xidməti ilə Ermənistan sərhədçiləri birgə hərbi təlimlərə başlayıb. Təlimdə Ermənistan-İran sərhədinin qorunması, həmçinin, şərti qaçaqmalçıların Dağlıq Qarabağa keçməsinin qarşısını alınması həyata keçirilib. İki şərti sərhəd pozucusu İrandan Ermənistana keçərək, Dağlıq Qarabağda gizləniblər. Döyüş tapşırığına uyğun olaraq, sərhədpozucularının axtarışı aparılıb və təlim uğurla başa çatdırılıb”.
Azərbaycan Xarici İşlər Nazirliyi bu məsələyə sərt reaksiya verib, daha sonra Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəhbərliyi rusiyalı həmkarları ilə məsələni araşdırıb. Nəticədə Rusiya Dağlıq Qarabağ ifadəsini məlumatından silib.
Paylaş: