Xəbər lenti

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Ermənistanda rus dilinə rəsmi statusunun verilməsi təklifilə çıxış edib.
Publika.az
 “RİA Novosti”yə istinadən xəbər verir ki, Volodin bu gün Moskvada Ermənistan parlamentinin spikeri Aroy Babloyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə belə bir təklif səsləndirib.

Spiker bu təklifi Ermənistan nümayəndə heyətinin “Qırğızıstan və Belarus vətəndaşlarında olduğu kimi, Ermənistan vətəndaşlarının da sürücülük vəsiqələrinin Rusiyadan tanınması” ilə bağlı istəyinə cavab olaraq irəli sürüb.

Volodin bildirib ki, Qırğısıztan və Belarus vətəndaşlarının sürücülük vəsiqələrinin Rusiyada da tanınması haqda qərar qəbul edilib: “Lakin Ermənistan bu imkandan məhrumdur. Qırğızıstan və Belarus vətəndaşlarına bu hüquq ona görə verilib ki, bu iki ölkənin vətəndaşları rus dilində öyrənirlər, onlar Rusiyaya işləməyə gələndə biz onlara kömək edirik. Onların sürücülük vəsiqələri rus dilindədir. Əgər Ermənistanda da rus dili rəsmi dil olarsa, bu məsələ avtomatik olaraq erməni əvətəndaşlarına da şamil olunacaq”.

Bu təklif Ermənistan cəmiyyətində narazılıqla qarılanıb. “Lragir” saytı yazır ki, Rusiya rus dilinin rəsmiləşdirilməsi ilə Ermənistanı tamamilə işğal etmək istəyir.

“Eyni cür təkliflər müxtəlif vaxtlarda müxtəlif cür səsləndirilib. Lakin hamısının eyni hədəfi var: Ermənistanın müstəqilliyini zəbt etmək”, - deyə sayt yazıb.




Ana səhifəyə qayıt        Baxış: 889          Tarix: 17-07-2017, 17:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma