“Kreml Qarabağ üçün yeni ssenari hazırlayır və bu ssenaridə Bakını qazanmaq üçün ərazilərin Azərbaycana qaytarılması öz əksini tapır”.
Publika.az xəbər verir ki, bu barədə erməni jurnalist Ramella Mnasakanyan deyib.
Onun sözlərinə görə, Rusiya Azərbaycanla münasibətləri itirmək istəmir: “Ermənistanın maraqları Moskva üçün o qədər də əhəmiyyətli görünmür. Buna görə də Azərbaycanla silahlar satır, öz nümayəndələrini mütəmadi Bakıya göndərərək, münasibətlərdə açıq yaranmamasına çalışır. Bu proseslərin davamı olaraq Qarabağ məsələsində Rusiya Bakını dəstəkləyəcək. Ermənistan qurban verilir, Qarabağ Azərbaycana qaytarılır”.
Erməni jurnalist qeyd edir ki, Ermənistan hakimiyyəti susur və baş verənlərlə razılaşır.
“Ermənistan hakimiyyəti milyardları oğurlayır, ölkəni ruslara verir, ermənilərlə mübarizə aparır, Rusiyanın Azərbaycana silah satması haqda heç nə danışmırlar”, - deyə o bildirib.
Paylaş: