Xəbər lenti

 Rusiyada 12 iyunda keçirilən etiraz aksiyası Prezident Vladimir Putin rejiminin ən zəif yerlərini göstərdi.

Axar.az xəbər verir ki, bu barədə "Nyu York Tayms" qəzetində məqalə yayımlanıb.

"Gəlin, bunu anlayaq: Aleksey Navalnı bazar ertəsi insanları korrupsiyaya qarşı etirazlara çağırdı və özü yenidən həbs edildi. Putinin hakimiyyəti möhkəmdir, o, rusiyalılar arasında olan məşhurluğundan istifadə etməyə davam edir və Rusiya televiziyasına nəzarət edir. Ancaq Putin və onun ətrafı rusları susmağa məcbur edə bilmədilər. Putin Rusiyada sabitliyin olduğunu desə də, müəyyən problemlərin var olduğunu etiraf edib. Lakin bütün bunların Qərbin işi olduğunu bildirib", - məqalədə qeyd edilib.

Qeyd edək ki, iki gün öncə paytaxt Moskva da daxil olmaqla, Rusiyanın 200-ə yaxın şəhərində korrupsiyaya qarşı etiraz aksiyaları keçirilib. Aksiyaların təşkilatçısı Aleksey Navalnı və Korrupsiya ilə Mübarizə Fondu olub.

Yalnız Moskva və Sankt-Peterburqda etirazçılar içərisindən 866 nəfər saxlanılıb.




Ana səhifəyə qayıt        Baxış: 1 113          Tarix: 15-06-2017, 09:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma