Qətər, ərəb ölkələrinin ona göndərdikləri ultimatumu aldığını etiraf etdi.
Ovqat.com xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyi bunu etiraf edərək, ultimatuma lazımi rəsmi cavab veriləcəyini bildirib.
Xatırladaq ki, Qətəri mühasirəyə alan 4 ərəb ölkəsi - Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Misir Qətərə 13 maddəlik tələb siyahısını göndərmiş və tələbləri yerinə yetirmək üçün rəsmi Dohaya 10 gün vaxt vermişdi. Tələblər arasında Qətərin bu 4 ərəb ölkəsindəki müxalif qrupları və şəxsləri dəstəkləməməsi ilə yanaşı, İran və Türkiyə ilə hərbi əməkdaşlığa son qoyulması şərtləri də var.
Qətər Xarici İşlər Nazirliyi irəli sürülən tələblərə cavab vermək üçün onları araşdırmağın lazım olduğunu açıqlayb və vasitəçilik missiyasını boynuna götürdüyü üçün Kuveytə minnətdarlığını bildirib.
Paylaş: