Xəbər lenti

 Qətər böhranın siyasi yolla nizamlanması üçün ərəb ölkələri ilə danışıqlara hazır olduğunu bəyan edib. “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Qətər XİN rəhbəri Məhəmməd ibn Əbdürrəhman Əl Tani bildirib.

“Qətər hazırkı böhrana son qoymaq istəyir. Qətər regional təhlükəsizlik və sabitliyə dair məsələləri müzakirə etmək üçün danışıqlar masasının ətrafına əyləşmək niyyətindədir”, - deyə o bildirib.

Nazir qeyd edib ki, ABŞ-da səfərdə olarkən dövlət katibi Reks Tillersonla münaqişənin siyasi yolla nizamlanmasının perspektivlərini müzakirə etdiyini qeyd edib.

Onun sözlərinə görə, Tillerson qeyd edib ki, ərəb ölkələri tərəfindən Qətərə qarşı irəli sürülən tələbləri icra etmək  çətindir.

“Böhran yalnız siyasi  yolla həll edilə bilər”, - deyə XİN rəhbəri bildirib. 




Ana səhifəyə qayıt        Baxış: 732          Tarix: 30-06-2017, 09:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma