Londonda Azərbaycan klassik musiqisinin əfsanələrindən olan Cövdət Hacıyevin anadan olmasının 100 illiyi münasibətilə konsert keçirilib.
"Report"un Qərbi Avropa bürosu məlumat verir ki, konsert mərhumun qızı Pərvin Muradovanın təşkilatçılığı, Londonda Anglo-Azərbaycan Cəmiyyəti, Avropa Azərbaycan Cəmiyyəti (TEAS) və Azərbaycan Evinin dəstəyi ilə baş tutub.
Tədbirdə çıxış edən mərhumun qızı P. Muradova dahi bəstəkar Cövdət Hacıyevin həyat və yaradıcılığı haqqında məlumat verib və onun Azərbaycanın füsunkar və tarixi şəhərlərindən olan, şərqlə qərbin kəsişməsində, ipək yolunun üstündə yerləşən Şəki şəhərində döğulduğu bildirib. O, qeyd edib ki, bu kosertin proqramı Azərbaycan və qərb klassik musiqisinin və Azərbaycan mili musiqi alətləri ilə qərb musiqi alətlərinin birgə sintezindən ibarətdir.
Azərbaycan simfonik ənənəsininin inkişafına töhfə vermiş musiqiçilərimizdən olan Cövdət Hacıyevin möhtəşəm əsərlərini tar və kamançada Cefri Verbok, skipkada Elvin Qəniyev, fortepianoda Kamilla Şahtaxtinskaya, Vivian Fang Liu və Yelena Makarova ifa ediblər.
Konsertdə dahi musiqiçimizin "Laylay" mahnısı, skirpa üçün “Skertso”su, fortepiano üçün solo və digər əsərləri səsləndirilib.
Xatırladaq ki, dünyanın müxtəlif bölgələrindən gəlmiş gənc və istedadlı musiqiçilərin iştirakı ilə Cövdət Hacıyevin həyat və yaradıcılığı bu ilin aprelində Londonun məşhur “Karnegi Hall" konsert zalında və iyul ayında Avstriyanın paytaxtı Vyana şəhərində anılıb.