Xəbər lenti

 
Azərbaycanlılar Şuşadakı "Surb Kazançetsos" (Qazançı) kilsəsinin günbəzini çıxarıblar”.
 
Ovqat.com xəbər verir ki, məlumatı erməni mənbələri Telegram səhifələrində yayıblar.
 
Mənbələr iddialarını təsdiq etmək üçün kilsənin uzaqdan çəkilmiş fotosunu da paylaşıblar.


 
Xatırladaq ki, ermənilərin adını “Qazançı” qoyduqları bu kilsə əslində Qarabağ xanlığının divanxanası olub. Ruslar 1806-cı ildə Qarabağı işğal edəndə “ xristian ibadətxanası yoxdur” bəhanəsi ilə həmin divanxananın qülləsinə “ziqrov” taxıb kilsəyə çeviriblər. Daha sonra Qarabağa ermənilər köçürüləndə divanxana binası onlara hədiyyə edilib. Ermənilər də divanxanaya sözün əsl mənasında divan tutublar. Azərbaycan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini, rəisin vəzifə səlahiyyətlərini icra edən Azad Cəfərlinin bildirdiyinə görə, divanxana təkcə 30 illik erməni işğalı zamanı 3 dəfə “təmir-bərpa” prosesindən keçib. Məqsəd, təbii ki, onu erməniləşdirmək olub. Maraqlıdır ki, ermənilərin saxtalaşdırdıqları sənədlərdə Qazançı kilsəsinin yaşı Şuşadan daha qədim göstərilib. Erməni iddialarına görə, guya Naxçıvanın Culfa rayonunun Qazançı kəndindən 1722-ci ildə Şuşaya köçən ermənilər bu kilsəni inşa ediblər. Məhz bu səbəbdən də kilsə guya indiki adı ilə anılır. Halbuki, Şuşanın fundamentinin Qarabağ hökmdarı Pənahəli xan tərəfindən qoyulduğu, hətta ilk zamanlar xanın şərəfinə Pənahabad adlandırıldığı tarixi sənədlərlə təsdiqlənir. O zamana qədər isə Şuşa dağlıq ərazidən ibarət idi və kimsə yaşamırdı. Ekspertlərin bildirdiyinə görə, divanxananın 1887-ci ildə rus pravoslav kilsəsinə çevrilməsi barədə arxiv sənədləri mövcuddur. 


 
Sözsüz ki, Azərbaycan öz tarixi abidəsinin tarixinin saxtalaşdırılması ilə barışa bilməzdi və ermənilərin bu mədəniyyət barbarlığının nəticələrinin qarşısı alınmalıydı. Görünür, kilsədə bərpa işləri də ona həqiqi kimliyini qazandırmaq məqsədilə aparılır. Hətta “kilsə”nin gələcəkdə erməni və rus vəhşiliyinin təcəssümü kimi “İşğal və soyqırım muzeyi”nə çevrilməsini təklif edənlər də var.


Ana səhifəyə qayıt        Baxış: 5 855          Tarix: 4-05-2021, 10:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma