Xəbər lenti

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti “Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki müəssisələrə işə qəbul Qaydaları” yeni redaksiyada təsdiq edib.

APA-nın xəbərinə görə, bu Qaydalar ali və orta ixtisas təhsilli şəxslərin Naxçıvan MuxtarRespublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin (muzeylər, kitabxanalar, mədəniyyət sarayları, evləri və klublar, rəsm qalereyası, dövlət qoruqları və muzey tipli müəssisələr, tədris və elmi-metodik müəssisələr, kino, dövlət teatr və konsert müəssisələri) mütəxəssis vəzifələrinə, habelə musiqi təhsili müəssisələrinin inzibati vəzifələrinə işə qəbulunun aparılması məsələlərini

tənzimləyir.

Nazirliyin kadr nomenklaturasına daxil olan vəzifələr, “Şərur” Xalq Yallı Ansamblının üzvləri, texniki vəzifələr, habelə səs avadanlıqları üzrə mühəndis, texnik (radist), texnik, səhnə işıqçısı, musiqi alətlərinin təmirçisikökləyicisi, işıqçı, butaforçu-dekoratorçu, teatr geyimləri üzrə dərzi, dekorasiyaların hazırlanması üzrə dülgər, kuklahazırlayan, mühəndis, mühəndis-texnik, havalandırma üzrə texnik vəzifələri üzrə işə qəbul

müsabiqədənkənar həyata keçirilir.

Yeni qaydaya əsasən, artıq işçilərin əməyinin stimullaşdırılması məqsədilə müəssisə daxilində daha yüksək vəzifəyə təyin olunması, intizam tənbeh tədbirlərinin tətbiq edilməsi ilə əlaqədar və ya işçilərin öz istəyi ilə aşağı vəzifəyə keçirilməsi, həmçinin rəhbər vəzifələrdə çalışan şəxslərin işdən azad olunması zamanı onların ixtisasına uyğun digər vəzifəyə keçirilməsi müsabiqədənkənar həyata keçirilə bilər.

İndiyə qədər mədəniyyət müəssisələrinə işə qəbul üçün test imtahanında hər bir namizədə ümumilikdə 60 olmaqla, müəssisələrdə ixtisaslar üzrə 50, informasiya və kommunikasiya texnologiyalarına aid 10 test tapşırığı təqdim edilib. Namizədlərə test tapşırıqlarının yerinə yetirilməsi üçün 90 dəqiqə vaxt verilib. Hər bir düzgün cavab bir balla qiymətləndirilib. Səhv cavablar düzgün cavablara təsir etməyib. Test tapşırıqlarının 50 faizini (30 bal) düzgün cavablandırmış namizədlər keçid balını toplamış hesab edilib. Bundan sonra isə mədəniyyət müəssisələrinə işə qəbul üçün test imtahanında hər bir

namizədə ümumilikdə 40 olmaqla, mədəniyyət sahəsində qanunvericilik üzrə 20, mədəniyyət sahəsində ümumi dünyagörüş üzrə 15, informasiya və kommunikasiya texnologiyalarına aid 5 test tapşırığı təqdim ediləcək. Namizədlərə test tapşırıqlarının yerinə yetirilməsi üçün 60 dəqiqə vaxt veriləcək. Hər bir düzgün cavab bir balla qiymətləndiriləcək, yenə səhv cavablar düzgün cavablara təsir etməyəcək. Test tapşırıqlarının 50 faizini (20 bal) düzgün cavablandırmış namizədlər keçid balını toplamış hesab ediləcək.

Müsahibənin keçirilməsi qaydası isə dəyişmir. Müsahibə mərhələsində namizədə verilən tapşırıqların yerinə yetirilməsi üçün bundan sonra da 30 dəqiqə vaxt ayrılacaq. Müsahibə komissiyası namizədlərin ixtisas bacarığını müvafiq meyarlar üzrə 5 ballıq sistem əsasında qiymətləndirəcək. Müsahibədə 12 və ya daha çox bal toplamış namizədlər müsahibədən keçmiş sayılacaq. Müsahibə mərhələsində ən yüksək bal toplamış namizəd müvafiq vəzifəyə təyin ediləcək. “Namizədin qiymətləndirilməsinə dair bal cədvəli” 2 (iki) il müddətində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyində saxlanılacaq.






Ana səhifəyə qayıt        Baxış: 4 698          Tarix: 27-01-2023, 18:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma