Xəbər lenti

 

Şou Prodakşn tərəfindən təşkil olunan "Bakı Gözəli-2017" Gözəllik Yarışmasının 3-cü yerin qalibi tanınmış model, aktrisa Suzanna Belova Türkiyədən yeni filmə və çəkilişlərə dəvət alıb.

Ovqat.com-a müsahibə verən Suzanna Belova bildirdi ki, bir çox filimlərə və çəkilişlərə dəvət alır: "Bu gün mən tanındığım üçün hər kəsə təşəkkür edirəm. Bir çox yerlərdən çəkilişlər üçün dəvət gəlir, çalışıram hamısını dəyərləndirim. Elə vaxt olur ki, dəyərləndirmədiklərim də olur. Bu dəfə qardaş ölkə olan Türkiyədən dəvət gəldi. Mən bu çəkilişi dəyərləndirəcəm. Hələlik izləyicilərim üçün sirr olaraq qalsın, adını açıqlamayacam. Çəkilişlərdən sonra izləyicilərimizə açıqlayacayıq" deyə, Suzanna Belova müsahibəsini sona çatdırdı.

Biz də Ovqat.com olaraq modelimizə uğurlar arzulayırıq.

 

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 931          Tarix: 2-09-2017, 19:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma