Gənlik illərində çoxumuz heyranı olduğumuz sənət adamlarına bənzəmək istəyirik. Amma bəzən bu istək ağır xəstəlklə nəticələnir.
Tehranlı gənc qız Səhər Tərbanın ən böyük arzusu Ancelina Coliyə bənzəməkdir.Özü də sadəcə bənzəmək yox,o sevimli aktrisasının eyni olmaq üçün sözün hərfi mənasında dəridən-qabıqdan çıxır.
Səhərin İnstaqram səhifəninin 275 min izləyicisi var və Səhər öz dəyişmə prosesini böyük həvəslə onlara nümayiş etdirir.
KİV-lər xəbər verir ki, Səhər Tərban artıq 50 cərrahiyyə əməliyyatı keçirib və özünü 40 kiloqram arıqladıb.
Qeyd edilməlidir ki, indi o öz sevimli aktrisasına müəyyən mənada bənzəsə də, qıza baxmaq bir o qədər də xoş deyil.
Müqayisə üçün Ancelina Colinin fotosunu təqdim edirik.(bəlkə kimsə onu unudub, amma çətin ki).
Tərcümə etdi: R. Rzayeva.
Paylaş: