"Consumer Reports" təşkilatı aldıqdan sonra sahiblərini daha çox məyus edən avtomobil markalarının onluğunu müəyyən edib.
“Report” xəbər verir ki, qiymətləndirmənin əsas meyarları qiymət, salonun tutumu, mühərrikin gücü və rahatlılıq olub.
Sürücüləri ən çox məyus edən avtomobil "Dodge Caravan" miniveni olub. O, az yer tutumu və salonun narahat olmasına görə anti-reytinqə başçılıq edib.
Narahat oturacaq və zəif mühərrik "Fiat 500" markalı üçqapılı hetçbekə ikinci yeri qazandırıb.
Yüksək yanacaq sərf etdiyi bir halda "at gücü"nün kifayət qədər az olması "Ford Transit Connect"in üçüncü yerdə qərarlaşmasına səbəb olub. Amerika istehsalı olan bu avtomobil modeli lisenziya əsasında Türkiyədə yığılır.
"Qara siyahı"ya həmçinin "Nissan Infiniti QX60", "Dodge Journey", "Nissan Versa", "Chevrolet Trax", "Acura ILX", "Nissan Centra" və "Mercedes-Benz GLA-Class" düşüb.
Paylaş: