Ötən əsrin 30-cu, 40-cı illərində Almaniyaya rəhbərlik etmiş Adolf Hitler tarixdə həm də yəhudilərə nifrəti ilə qalıb. Fürer bu xalqın milyonlarla üzvünün qətlinin səbəbkarı olub.
Hitler hakimiyyətə gələnə qədər yəhudi ailənin qonşuluğunda yaşayıb. Onun qonşusu olmuş yəhudi qadın bu haqda danışıb.
Elis Frank-Stokun indi 101 yaşı var. O, siyasətçi ilə bir neçə il eyni binada yaşadığını bildirir.
Qadının dediyinə görə, Hitlerlə ötən əsrin 20-ci illərinin sonları, 30-cu illərinin əvvəllərində qonşu olublar. Frank-Stok 14-cü mənzildə yaşadıqlarını söyləyir. Hitler isə ya 13-cü, ya da 15-ci mənzildə qalırmış. Bir dəfə Adolfun evindən tabut çıxdığını görüb. Böyük ehtimalla, Frank-Stok Hitlerin bacısı qızı Angelika Raubalın intiharından sonrakı hadisəni nəzərdə tutur.
Elis Adolfu çox az hallarda görürmüş. Almaniyanın gələcək lideri evə xüsusi avtomobildə, iki nəfərin müşayiəti ilə gəlirmiş. Həmişə ehtiyatlı davranırmış, sanki həyatına təhlükə hiss edirmiş. Qadının fikrincə, Hitler öldürülməkdən qorxurmuş.
Hitler hakimiyyətə gəldiyi ərəfədə Frank-Stok da İsveçrəyə oxumağa gedib. Sonra təhsili Londondakı kolleclərdən birində davam etdirmək lazım gəlib. Elis bir daha fürerlə üz-üzə gəlməyib. \\Bizimyol.info
Paylaş: