Xəbər lenti


Birinci Qarabağ müharibəsi zamanı Kəlbəcər rayonu işğal edildikdən sonra orada yerləşən Xudavəng monastırına erməni terrorçusu rəhbər təyin edilib.

Trend-in məlumatına görə, bu barədə Rusiyanın "smi6.ru" nəşri yazıb.

Qeyd olunur ki, 1994-cü ildən etibarən Kəlbəcər işğaldan azad edilənədək Ter-Ovanes Ovannisyan monastırın rəhbəri olub. O, 1990-cı illərdə dinc Azərbaycan sakinlərinə qarşı törətdiyi vəhşiliklərlə tanınıb. Onun, Qarabağdakı azərbaycanlılara qarşı etnik təmizləmələrdə iştirak etdiyi deyilib.

İkinci Qarabağ müharibəsi başlayanda da "Ovanes ata" hər kəsi silaha sarılmağa və Azərbaycana qarşı mübarizə aparmağa çağırırdı.

Kəlbəcər azad olunduqdan sonra o monastırı tərk etməyəcəyəni bildirsə də, qısa müddət sonra erməni katolikosu II Qaregin tərəfindən Yerevana çağırılıb.



Ana səhifəyə qayıt        Baxış: 1 731          Tarix: 5-12-2020, 15:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma