Xəbər lenti
Bu gün, 19:31
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
“Times of Israel” onlayn qəzetində “Azərbaycan Qafqazdakı geosiyasi vəziyyəti dəyişdi” başlıqlı məqalə dərc edilib.
Məqalədə deyilir ki, 44 günlük Qarabağ müharibəsi 30 ilə yaxındır Cənubi Qafqazda hökm sürən hərbi və siyasi reallıqları dəyişdirib:
“Bu dönüş 2020-ci ilin payızında Azərbaycanın Qarabağ cəbhəsindəki son dərəcə qabaqcıl və planlaşdırılmış hərbi və siyasi addımları sayəsində əldə edilib”.
Yazının müəllifi daha sonra Ermənistanın dalana dirənməsini qeyd edib:
“Ermənistan illərdir Dağlıq Qarabağ və onun ətrafındakı işğal olunmuş yeddi rayondan çıxmaqdan imtina edirdi. Ermənistanın bu mövqeyi danışıqları dalana dirəmişdi.
Nikol Paşinyan Ermənistanda hakimiyyətə gəldikdən sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daha sərt mövqe sərgilədi. Ermənistanın Baş naziri və kabinet üzvləri bir neçə təxribat xarakterli hərəkətə əl atdı.
Nikol Paşinyan “Qarabağ Ermənistandır və nöqtə” deməklə, danışıqlar prosesinə faktiki olaraq xitam verdi.
Ermənistanın o vaxtkı müdafiə naziri David Tonoyan bu ölkənin hərbi doktrinasını “yeni ərazilər uğrunda yeni müharibə” olaraq xarakterizə etdi.
Yeni doktrinaya uyğun olaraq, Ermənistan qoşunları keçən ilin iyul ayında Azərbaycanın Tovuz bölgəsinə hücum edib, halbuki bu bölgə Qarabağdakı təmas xəttindən kənarda yerləşir və Azərbaycandan Qərbə gedən həyati əhəmiyyətli enerji və nəqliyyat layihələri buradan keçir”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar