Xəbər lenti
Dünən, 22:56
Dünən, 19:21
Dünən, 18:43
Dünən, 16:30
Dünən, 13:44
Dünən, 12:41
Dünən, 09:31
5-02-2025, 21:25
5-02-2025, 20:19
5-02-2025, 19:16
5-02-2025, 17:44
5-02-2025, 16:15
Rusiya Federal Hərbi və Texniki Əməkdaşlıq Xidmətinin sözçüsü Valeriya Reşetnikova, TASS xəbər agentliyinə verdiyi açıqlamasında Türkiyənin Su-35 və Su-57 təyyarələrini ala biləcəklərini bildirib.
Ovqat.com-un məlumatına görə, sözçü mövzuyla bağlı açıqlamasında deyib:
"Türkiyə tərəfinə təyyarələrin texniki şərtləri barədə tam məlumat verilib. Təyyarəyə tələbləri olarsa, Türkiyə ilə danışıqlara hazırıq".
Reşetnikov onu da vurğulayıb ki, Ankaradan bu günə qədər heç bir tələb gəlməyib.
Sözçünün açıqlamasına münasibət bildirən Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varank da Rusiyadan təyyarə ala biləcəklərini istisna etməyib.
“”X ölkəsinin təyyarəsinə qarşıyıq, Y ölkəsinin təyyarəsinə qarşı deyilik”, - deyə qəti şəkildə söyləyə bilmərik. Rusiyada mövcud ehtiyaclarımız üçün bir təyyarə varsa və onu sistemimizə uydurmaq və istismar etmək bizim üçün çətin olmayacaqsa, əlbəttə ki, bu təyyarəni Rusiyadan da və ya Avropanın başqa bir ölkəsindən də ala bilərik”, - Varank belə deyib.
Qeyd edək ki, hələ rəsmi açıqlamalar verilməmişdən əvvəl gündəmə gələn bu məsələ NATO qüvvələri arasında ciddi polemikalara yol açmışdı. Bir çox alyans yetkililəri rus hərbi təyyarələrinin NATO standartlarına uyğunlaşma problemi yaşayacağını önə çəkərək Türkiyəni bu sevdadan vaz keçirməyə çalışırdılar. Bəs görəsən, doğrudanmı Türkiyə rus təyyarələrini alarsa yeni texnologiyaya öyrəşmək problemi yaşayacaq? Ümumiyyətlə, Türkiyənin bu mümkün addımı hansı nəticələr doğurar və rus təyyarələri ABŞ-ın F-35-lərini əvəz edə bilərmi?
Böyük Britaniyanın “İndependent” nəşri Türkiyənin keçmiş pilotlarından bu suallara cavab axtarıb.
Təqaüddə olan hərbi hava qüvvələrinin general- leytenantı Erdoğan Karakuş 1950-ci illərdən bu günə qədər ABŞ və ya Avropa təyyarələrini sürən Türk pilotlarının rus təyyarəsinə uyğunlaşmasında heç bir problem görmür. Uyğunlaşma probleminin ilk başda görülə biləcəyini, ancaq sonradan həll ediləcəyini düşünən Karakuş deyib: "Necə ki, S-400-lər üzərində bir il təlim keçildisə, təyyarə sürməyi də o cür öyrənmək olar. Bu istiqamətdə heç bir problem yoxdur”.
Karakuş təyyarə polemikalarından hər iki tərəfin – həm Rusiya, həm də Türkiyənin ABŞ-a qarşı kozır kimi istifadə etdiyini deyib: "Rusiya “ən yeni təyyarəmi verəcəyəm”,- dedi. Biz də ona göz qırpıb “ola bilər” mesajl verdik. Bu polemika həm də ABŞ-a qarşı kozır kimi görülməlidir”.
"Bəs belə bir satış həyata keçirilə bilərmi", - sualına Karakuşun cavabı isə konkretliyi ilə seçilib: "Hər şey ABŞ-ın mövqeyindən asılıdır"
"Bəs, yaxşı, Rusiya təyyarələri F-35-ləri əvəz edə bilərmi?"
Karakuş SU-57 təyyarələrinin də F-35-lər kimi beşinci nəsil təyyarə olduğunu xatırladaraq əvəz edəcəyinə inanır. General bərk ayaqda Türkiyənin bir də İngiltərə istehsalı olan “Typhoon” təyyarələrini də alacağına, bununla da Qərbin təzyiqlərini azaldacağına inanır.
Təqaüdçü hərbi aviasiya general leytenantı Orxan Kösə isə Rusiyadan təyyarə almağa qarşıdır: “Çünki Türk Silahlı Qüvvələrinin istifadə etdiyi silahların 90%-i ABŞ mənşəlidir. Yeni bir sistem qurmaq, ona zavod səviyyəsində baxa bilmək və ehtiyat hissələri təmin etmək asan bir şey deyil. Rus təyyarələrini ABŞ mənşəli təyyarələrin yanında qoymaq bir divarda ikinci qapının açılması deməkdir. Təyyarəni uçurmaq asan məsələ deyil. Təyyarənin istismarı və ehtiyat hissələri böyük iqtisadi çətinliklərə səbəb ola bilər. Bu bazardan pomidor almağa bənzəməz”.
Orxan Kösənin fikrincə, istər ABŞ-dan tələb edilən F-35, istərsə də Rusiyadan təyyarə almaq məsələsi əslində Türkiyənin hərbi ehtiyacından doğmur və buna görə də siyasi motivlidir.
“Hətta F-35 məsələsi daha çox siyasi mübahisəyə çevrildi, 100% ehtiyacımızdan yox. Hazırda ABŞ və İsrail ilə birlikdə dünyada ən çox F-16-ya sahib ölkəyik. Şəxsən əlimizdə olan təyyarənin ehtiyat hissələri tədarükünü tamamladığımızda inanıram ki, onların 75%-ni istifadə etsək belə kifayətdir.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər