Türkiyə öz Hava Qüvvələri Rusiya istehsalı olan təyyarələrlə təchiz edilə bilər.
Ovqat.com-un Türkiyə mətbuatına istinadən bildirdiyinə görə, Ankaranın artıq gələn aydan etibarən Moskva ilə bu barədə danışıqlara başlayacağı gözlənilir.
Bildirilir ki, Türkiyənin bu addımı atmağa hazırlaşmasının səbəbi ABŞ-ın ona qarşı tətbiq etdiyi silah embarqosu ilə əlaqədardır. Belə ki, Türkiyənin Rusiyadan S-400 havadan müdafiə sistemləri almaq istəməsinə qəzəblənən ABŞ Senatı qardaş ölkəyə satacağı F-35 tipli təyyarələrə embarqo qoyub. İyunda təhvil verilməsi gözlənilən F-35-lər vəd edilən vaxtda ünvanına çatdırılmasa, Türkiyənin Rusiya ilə sövdələşməsi qaçılmaz olacaq və Ankara bu barədə köhnə müttəfiqini xəbərdar edib.
“Yenişafak” iddia edir ki, ABŞ Müdafiə Nazirliyi büdcəsinə dair qanun layihəsində Türkiyəyə verilməsi öngörülən F-35 döyüş təyyarələrinin satışının təxirə alınmasını da nəzərdə tutan layihə yekdilliklə qəbul edilib. ABŞ-ın bu həmləsinə qarşı Türkiyənin cavabı “qarşılıq verərik” şəklinə olub.
Xəbərə görə, Türkiyənin əlində birdən çox alternativ var. Alternativlərdən biri Rusiya ilə hərbi əməkdaşlığı daha da artırmaqdır və ABŞ öz mövqeyində israr edərsə, Türkiyə F-35-lərin bənzəri olaraq göstərilən SU-57-lərə (T-50) yönələ bilər.
Rusiyanın inkişaf etdirmə mərhələsində olduğu Sukhoi SU-57 təyyarə bir çox baxımdan Türkiyənin maraqlarına daha uyğundur.
Əvvəla, onun qiyməti F-35-lərdən yarıbayarı ucuzdur.
İkincisi, ABŞ-in F-35 üçün irəli sürdüyü şərtlərin heç birisi Su-57-lərə şamil olunmur. Zira ABŞ F-35-lərin yerli texniki avadanlıqlarla təchizatına icazə vermir. Həmin təyyarələrdə yerli raketlərin istifadəsi üçün belə, Türkiyə ABŞ-dan izn almalıdır.
Rusiya isə Su-35-ləri içi boş halda Türkiyəyə satacaq. Türkiyə təyyarələrin içərisini yerli cd, silah, sursat, radar və digər avio-avadanlıqlarla təchiz edəcək.
Üstəlik, iki ölkə arasında gərginlik yaranan kimi ABŞ-ın öz tərəfdaşına təyyarə hissələrini satmamaq təcrübəsi də var. Bu isə ABŞ texnikasına ümid bağlayanların dar gündə sürprizlərlə qarşılaşması deməkdir. Rusiyadan alınacağı gözlənilən Su-57-lər isə Türkiyənin öz hərbi texniki avadanlıqlarıyla təhciz ediləcək, bu da gələcəkdə sürpizlərin ortaya çıxmamasına zəmanət verir.
Paylaş: