Xəbər lenti
Bu gün, 15:00
Bu gün, 13:47
Bu gün, 12:00
Dünən, 22:56
Dünən, 19:21
Dünən, 18:43
Dünən, 16:30
Dünən, 13:44
Dünən, 12:41
Dünən, 09:31
5-02-2025, 21:25
5-02-2025, 20:19
Bakıda rüşvət verməkdə təqsirləndirilən Bakı şəhər Prokurorluğunun sabiq idarə prokuroru Samir Nəsirov və onunla birlikdə həbs edilmiş Fərid Eldarovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında
Bayram Məmmədov məhkəmədə şahid qismində ifadə verib.
"Samir Nəsirov qardaşım oğlunu işə düzəltmək adı ilə pul alıb. Bunu sübut edən səs yazılarını da istintaq orqanına təqdim etmişəm. Dedim ki, rayonda SOCAR-da sürücü işləsə yaxşıdır. 8 min manat pul vermişdik. Amma heç bir iş görülmədi, pul da qaytarılmadı.
Mən pulu Samirə vermişəm. Amma Samir də deyirdi ki, işi Fərid düzəldir. Fəridin müdiri işi həll edəcəkdi.
Uzun müddət keçəsə də pul qaytarılmadı. Bir il altı ay müddətinə getmədiyim qapı qalmadı. Birinci "102"yə zəng elədim. Sonra rayon polis idarəsində ifadələr verdim".
Şahid qeyd edib ki, son danışıqlarda Samir Nəsirov və Fəriddən şübhələndiyi üçün onların səs yazısını qeydə aldığını deyib.
Bayram Məmmədov bildirib ki, verdiyi 8 min manatı geri ala bilib: "5 min manatı Samirin oğlu, 3 min manatı da Fəridin atası ödəyib. Fərid deyirdi ki, həmin puldan 3 mini ona çatıb".
O da məlum olub ki, Bayram Məmmədov hazırda şikayət və tələbinin olmadığını bildirir.
B.Məmmədov suallara cavabımda bildirib ki, bu məsələyə görə qardaşı ilə problemləri yaranıb: "Mən Samirlə qardaşımı da görüşdürdüm. Dəfələrlə danışıqlar oldu. Qardaşımgil də məndən incik düşmüşdü. Sonda mənə dedilər ki, əgər mən bacarmasam, "Banditizm"ə şikayət edəcəklər. Mən də bunu Samirə dedim. Bildirdim ki, artıq mənim üzərimə gəlirlər və mən bacara bilmirəm. Qardaşımgil də dedi ki, bacarmırsansa, biz özümüz
"Banditizm"ə müraciət edək".
Sual-cavab zamanı o da məlum olub ki, Samir Nəsirov Bayram Məmmədovun qardaşı oğluna imtahan sualları belə verib.
Samir Nəsirov söz istəyərək bildirib ki, Bayram Məmmədov qardaşından aldığı pulu onunla böldüyünü deyib: "Gəldi ki, qardaşımdan 500 manat almışam. Dedi ki, 250 manat mənim, 250 manat da sənin. Mən də dedim ki, ayıbdır, qardaşından belə pul alırsan? Mən edə bilmərəm".
Bayram Məmmədov bu fikirlələ razı olmadığını deyib.
Samir Nəsirov bildirib ki, Bayram Məmmədovdan pul almayıb. Amma ondan şikayət etməsin deyə məcburi şəkildə pulu özü ödəyib.
Prokuror bildirib ki, iş materiallarında olan səs yazısında Samir Nəsirov pulu aldığını etiraf edir və geri qaytarması üçün vaxt istəyib. Hətta Bayram Məmmədov ona inandım deyə söyüş də söyüb.
Maraqlıdır ki, Samir Nəsirov belə bir söz demədiyini, səs yazısını xatırlamadığını bildirib.
"Əgər pulu mən almışamsa, bir oğlum ölsün"- deyə Samir Nəsirov əlavə edib.
Məhkəmədə məlum olub ki, digər təqsirləndirilən Fərid Eldarovla Samir Nəsirov bir-birini ittiham edir.
Samir Nəsirov qətiyyən özünü təqsirli bilmir və deyir ki, pulu Fərid Eldarov alıb. Səs yazılarını isə xatırlamadığını bildirir.
Fərid Eldarov isə Samir Nəsirovun yalan danışdığını söyləyir: "Səs yazıları da var. Pulu Samir özü alıb. Pul bölgüsünü də özü edib. Danışıqlarda pulu qaytaracağını da etiraf edib".
Məhkəmə araşdırması davam edir.
Bakı şəhər Prokurorluğunun sabiq idarə prokuroru Samir Nəsirov bundan əvvəl də məhkumluq həyatı yaşayıb.
Məlum olub ki, S.Nəsirov 2018-ci ildə vətəndaşlara 150 min manatdan çox dələduzluq edib. S. Nəsirov həmin vaxt Baş prokurorun əmri ilə prokurorluq orqanlarından xaric edilib, xidməti araşdırma materialları üzrə cinayət işi başlanıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsi S.Nəsirov barəsində 2 il sınaq müddəti təyin edilməklə şərti cəza seçib və o, məhkəmə zalından azadlığa buraxılıb.
S.Nəsirov daha sonra rüşvət vermə ittihamı ilə həbs edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 312-ci (rüşvət vermə) maddəsi ilə ittiham olunur.
İlkin Muradov
Musavat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər