Xəbər lenti


BRASÍLIA IN FOCO, Braziliya
02.07.2021


Müəllif: Leila Bijos
Bakı bu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 103 illiyini qeyd edib. Bu tarix özündə o vaxtkı hökumətin qısa dövrdə ekponsional iqtisadi və sosial artıma yön vermiş möhkəm təməllərə dayanan inkişaf planını ehtiva edir.

Azərbaycan tarixən Avropa və Yaxın Şərq arasında körpü olub. Yerləşdiyi regionda isə o, Rusiya, İran, Gürcüstan, Ermənistan və Xəzər dənizi ilə əhatələnib. Əfsanələr və sirlərlə dolu Azərbaycan həm Rusiya kimi nəhənglə siyasi müttəfiqdir, həm də Türkiyə kimi yaxın dosta sahibdir. Bu iki amil Azərbaycanın mədəniyyətini, mətbəxini və iqtisadiyyatını genişləndrməklə, onu turizm nöqteyi-nəzərdən də cəlbedici ölkəyə çevirib.

Multikultural ölkə olan Azərbaycana Avropa, Rusiya və Yaxın Şərqdən gələn tələbələrin sayı hər il artır. Hazırda ölkədə 26 min xarici tələbə təhsil alır. Bu kontekstdə Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilən Beynəlxalq Multikulturalizm Mərkəzində kurs keçən braziliyalı tələbələri də misal göstərmək olar.

Xınalıq kəndindəki Atəşgah məbədini ziyarət zamanı qədim zamanlardan bəri alovun sönmədiyi ən təsirli ziyarətgahlardan birini görürsən. Odlar yurdu adlandırılan bu ölkənin bu möcüzəsi qədim zamanlarda sürülərini otaran çobanları qorxudarmış. Çünki burada alov heç vaxt sönmür. Halbuki, söhbət neft-qazla zəngin torpaqlardan gedir. Beləliklə, Atəşgah məbədinin əfsanəsi yeni texnologiyalar və inkişaf sayəsində iqtisadi gerçəkliyə çevrilib.

Ölkədə təhsilə, araşdırmalara, tədqiqatlara, həmçinin turizm sahəsinə ciddi sərmayələr qoyulur. Bura Şərqlə Qərbin, Şimalla Cənubun, ümumiyyətlə, müxtəlif sivilizasiya və mədəniyyətlərin kəsişdiyi unikal yerdir. Azərbaycan və onun paytaxtı Bakı müxtəlif ölkələrdən olan tədqiqatçıları və tələbələri cəlb edir. Bakıda çoxsaylı qədim binalar, milli parklar, Xəzər sahillərində müasir kurortlar ən tələbkar turisti də qane edir.

İqtisadi baxımdan ölkədə vəziyyət sabitdir. Bu, cinayətlərin sayını da azaldan amildir. Başqa sözlə, Azərbaycanda daxili təhlükəsizliyin dərəcəsini anlamaq mümkündür.

Ənənələrin və mədəni irsin qorunması Azərbaycana xüsusi cazibə verir, insanların buranı ziyarət etmək arzusunu artırır. Tarixi mənşəyi ilə öyünən bu ölkədə gənclərin piknik etdiyi, gitara çalaraq, şən mahnılar oxuyaraq əyləndikləri bağlara, fəvvarələrə malik, qədim İçərişəhər və Qız qalasının memarlığı ilə harmonik şəkildə mövcud olan firavan şəhər var – Bakı! Bunların yanında rəngi davamlı olaraq dəyişən, turistləri işıqlandırılması ilə ovsunlayan müasir memarlıq nümunəsi – “Alov qüllələri” yer alır.

Dünyanın əsas neft-qaz ölkələrindən olan Azərbaycan iqtisadi uğurları daha çox bu sahəyə bağlı olsa da, sürətlə inkişaf edən kənd təsərrüfatını da qeyd etmək lazımdır.

Hisour.com səhifəsinin turizm sahəsində rəqabətə davamlılıq reytinqində 148 ölkə arasında 39-cu pillədə olan Azərbaycan dünya xalqlarını onun ecazkarlığı ilə yaxından tanış olmağa səsləyir.

Dünya Səyahət və Turizm Şurasının (WTTC) 2020-ci il üzrə araşdırmasında bildirilir ki, il ərzində dünya iqtisadiyyatı 2,5% artarkən, Azərbaycan səyahət və turizmdə 3%-dən çox artım əldə edib. Ölkədə açılan hər 4 iş yerindən biri bu sahəyə aiddir. Bu sektor ölkə ÜDM-nin 7,2%-ni təşkil edir. Bu, ümumi iş yerlərinin 7,7%-i deməkdir.

Azərbaycan 2010-2016-cı illər arasında turizmdə ən yüksək artım göstərmiş 10 ölkə arasındadır. Ölkədə bu sahəyə ciddi dövlət dəstəyi var. Məhz bu üzdən o, səyahət və turizm sahəsində dünyanın ən inkişaf etmiş ölkələrindən biridir. 2021-ci ildə bu gözəl ölkə həm də Formula 1 yarışına ev sahibliyi edib.

Zəngin tarixə malik bu qədim ölkə yeni nəsil elm adamları və turistlərə gözəllikləri, dağları, kənd və şəhərlərində yaşayan etnik azlıqlarının həyatı, parkları, muzeyləri haqda maraqlı hekayələr danışır...

(Portuqal dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: BRASÍLIA IN FOCO 



Ana səhifəyə qayıt        Baxış: 3 910          Tarix: 2-07-2021, 22:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma