Xəbər lenti

BMT-nin Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniya - Kasetli silahlara qarşı Koalisiya təşkilatı 11-ci illik hesabatını (Cluster Munition Monitor Report) ictimaiyyətə təqdim edib.

Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov bildirib ki, hesabatda İkinci Qarabağ müharibəsinə də toxunulub.

Hesabatda bildirilir ki, Ermənistanla olan münaqişə səbəbindən Azərbaycan bu konvensiyaya qoşula bilmir. Konvensiyaya üzv dövlətlərin 2-ci İcmal Konfransında Azərbaycan rəsmi şəkildə bildirib ki, Dağlıq Qarabağda kasetli silahlardan istifadə etməyib və ən qəti şəkildə kasetli silahlardan istifadə olunmasını qınayır.

2015-ci ildən başlayaraq hər il Azərbaycan BMT Baş Assambleyasının bu Konvensiyaya aid qətnaməsinə müsbət səs verir. Azərbaycanda kasetli silahların istehsalı, ehtiyatın toplanması, ölkə ərazisindən daşınması və istifadəsi faktı qeydə alınmayıb.

Hesabatda qeyd edilib ki, 2020-ci ilin payızında baş verən döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələri Rusiya istehsalı olan “Smerç” reaktiv yaylım atəş sistemindən atılan kasetli mərmilərdən istifadə edib. 28 Oktyabr 2020-ci il tarixdə Bərdə şəhərinə atılan mərmi 9N235 tipli subsursatla təmin edilən kasetli raket olub ki, bunun da nəticəsində 21 nəfər həlak olub və 70 nəfər yaralanıb. Bundan başqa Ermənistan tərəfindən Azərbaycanın Qızılhacılı (3 oktyabr 2020), Tapqaraqoyunlu (23 oktyabr 2020), Kəbirli (24 oktyabr 2020) və Qarayusifli (27 oktyabr 2020) kəndlərinə də kasetli mərmilərin atılması sübut olunub.

Bütün bu hücumlar nəticəsində ilkin məlumatlara görə 107 nəfər həlak olub və yaralanıb.

Oxu.az



Ana səhifəyə qayıt        Baxış: 3 089          Tarix: 16-09-2021, 13:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma