Xəbər lenti
 
 
Nikol Paşinyanın sədrliyi ilə Ermənistan Təhlükəsizlik Şurasının iclası keçirilib.
 
Ovqat.com erməni mənbələrinə istinadən xəbər verir ki, iclasda Təhlükəsizlik Şurasının üzvlərindən başqa, ölkə prezidenti Vaaqn Xaçaturyan, Milli Məclisin sədri Alen Simonyan, baş nazirin aparat rəhbəri Arayik Arutyunyan və müdafiə nazirinin müavini Karen Brutyan da iştirak edib.
 
Məluamata görə, Təhlükəsizlik Şurasının səlahiyyətlərinə aid cari məsələlər müzakirə edilib.
 
Toplantının KTMT-nin son sammitindən sonraya təsadüf etməsi və ruspərəst müxaliflərin hələ də tam səngiməyən etiraz aksiyaları fonunda keçirilməsi diqqəti maraq doğurur. Görünür, Qərblə Rusiya arasında qalan İrəvan həlledici qərarlar vermək məcburiyyəti hiss edir.


Ana səhifəyə qayıt        Baxış: 6 527          Tarix: 18-05-2022, 16:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma