Xəbər lenti

Bu gün gənc insanların bir çoxu işsizlikdən əziyyət çəkir. Bir çoxları normal bir iş tapıb pul qazanmaq üçün rayonlardan böyük şəhərlərə üz tuturlar. Bəzilərinin bəxti gətirsə də, bir çoxları əksinə, yad yerdə daha da böyük çətinliklərlə qarşılaşır.

Redaktor.az bu gün Oğuz rayonunun sakini Seymur adlı gəncdən bəhs edəcək. Seymur Teymurlu həm də Vətən müharibəsi iştirakçısıdır. Cəbrayıl, Qubadlı, Zəngilan istiqamətində gedən döyüşlərdə iştirak edib.

Və bir ildən çoxdur ki, hərbi xidmətdən qayıdıb. Bu müddət ərzində ali təhsili də olan Seymur çox yerə iş üçün müraciət etsə də, şansı gətirməyib.

"Sonda düşünüb belə qərara gəldim ki, elə öz torpağımı əkib becərsəm daha məqsədə uyğundur. Fındıq bağımdakı ağacların sayını artırdım. Maşallah, məhsulum da bol oldu. Hazırda fındığın həm qabıqlı, həm də ləpə halında satışını sərfəli qiymətə həyata keçirirəm. İstəyənlər birbaşa özüm ilə əlaqə saxlaya bilərlər",- deyən Seymurun nömrəsini təqdim edirik.

Gənc qazimizə işində dəstək vermək istəyənlər onunla 050 898 01 70 nömrəsilə əlaqə saxlaya bilərlər.

İLTİFAT





Ana səhifəyə qayıt        Baxış: 2 188          Tarix: 23-09-2022, 08:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma