Xəbər lenti

Gürcüstanda İsrail vətəndaşını öldürməyi planlaşdıran bir qrup şəxs saxlanılıb.

Bu barədə məlumatı Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti yayıb.


Faktla bağlı ikili - Gürcüstan və İran vətəndaşlığı olan şəxslərin saxlanıldığı qeyd edilir:

“Aparılan əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Pakistan vətəndaşlığı, habelə ikili İran-Gürcüstan vətəndaşlığı olan şəxslər saxlanılıblar. Xaricdə yaşayan təşkilatçılar, o cümlədən qətlin sifarişçisi olduğu ehtimal edilən İran vətəndaşı və digər iştirakçılar müəyyən olunublar, onların barələrində kompleks əməliyyat-axtarış tədbirləri davam etdirilir”.

İstintaq müəyyən edib ki, Pakistan vətəndaşı Gürcüstana ölkədə olan İsrail vətəndaşını öldürmək məqsədi ilə gəlib. Silahı ona ikili vətəndaşlığı olan şəxslər veriblər.

“İş üzrə aparılan əməliyyat-axtarış tədbirləri zamanı cinayətin törədilməsində iştirak edən və ona köməklik göstərən digər şəxslər də müəyyən ediliblər”, - istintaq orqanından qeyd edilib.

Mənbə: Apsny.ge




Ana səhifəyə qayıt        Baxış: 3 178          Tarix: 15-11-2022, 13:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma