Xəbər lenti

“2022-ci ilin iyul ayının son günləri. Yol tikintisi briqadasının işçiləri görülən işləri razı halda müşahidə edirlər: qruntun hamarlanması, qum qatının, çınqıl və daş qatının döşənməsi, yüksək keyfiyyətli asfalt - hər şey tam qaydasındadır. Tikintisinin üç il ərzində başa çatdırılması nəzərdə tutulan alternativ Laçın yolu rekord müddətdə - bir il 8 ayda başa çatdırılıb. Tikintiyə cavabdeh olan məmurlar rahat nəfəs aldılar: görülən illərlə bağlı Bakıya hesabat vermək olar”.

Bu barədə “Caliber”in “YouTube” kanalının təqdim etdiyi “Laçın blitzkriqi” adlı videosüjetində danışılır.

Müəllif xatırladır ki, artıq avqustun 2-də Azərbaycan tərəfi rəsmi olaraq bildirir ki, Laçından yan keçən alternativ yol hazır olduğundan avqustun 5-də Azərbaycan Silahlı Qüvvələrinin bölmələri şəhərə daxil olacaqlar.

“Təbii ki, Laçında və ona bitişik kəndlərdə qeyri-qanuni məskunlaşan ermənilər buna hazır deyildilər - axı onlar bu torpaqlarda əbədi yaşayacaqlarına inanmaqda davam edirdilər. Bu bir yana, onların ağlına da gəlməzdi ki, 30 illik işğalda edə bilmədikləri cəmi 20 ayda edilib. Ona görə də xahiş etdilər: avqustun 25-dək bizə əlavə vaxt verin…”




Ana səhifəyə qayıt        Baxış: 3 278          Tarix: 31-03-2023, 17:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma