Xəbər lenti

ABŞ-ın Los-Anceles şəhərindəki erməni mafiyasının keçmiş liderinə cəza kəsilib. O, 1 milyard dollardan çox həcmdə fırıldaqçılıq sxemində iştirak etdiyi üçün 40 il həbs cəzasına məhkum edilib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bununla bağlı ABC7 telekanalı məlumat yayıb.

Levon "Aslan" Termencyian kimi tanınan Lev Aslan Dermen, tarixin ən böyük vergi fırıldaqlarından birinə əl atıbmış. O bu məqsədlə Yuta ştatında "Order" adlı təriqət üzvləri əlbir olub.

Dermen “poçt fırıldaqçılığı”, “çirkli pulların yuyulması” kimi cinayətlərdə təqsirli bilinib.

Derman çoxarvadlı Kingston klanının üzvləri ilə birləşməsi sayəsində milyarder olub və yanacaqdoldurma məntəqələrinin sahibinə çevrilib.

O, 2010-cu ildən 2018-ci ilə qədər Kinqston klanının müxtəlif üzvləri ilə bilrikdə milyard dollarlıq vergi fırıldağını həyata keçirib.

Məhkəmədə klanın liderləri Ceykob və İsaya Kinqstonlar onun əleyhinə ifadə verib.

Onların məlumatına görə, Dermen hətta Daxili Təhlükəsizlik Departamentinin agenti Feliks Sisneros, detektiv Con Balian və keçmiş FTB agenti Babak Brumand kimi bir sıra korrupsioner hüquq-mühafizə

orqan işçisini cinayət əməlinə cəlb edib.

Həbs cəzasına əlavə olaraq, Dermen ABŞ Vergi departamentinə 442,615,520 dollar təzminat və 181 milyon dollardan çox pul cəriməsi ödəməlidir.




Ana səhifəyə qayıt        Baxış: 3 273          Tarix: 8-04-2023, 20:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma