Xəbər lenti

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Türkiyə Respublikasının Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkəmizdə FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirib.

Bu barədə DİN məlumat yayıb.

Tədbirlərlə saxlanılan beş nəfərdən biri Q.İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib. Həmin ifadə əsasında Q.İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanıb və Q.İbadoğlu saxlanılıb.

Hazırda tədbirlər davam etdirilir.




Ana səhifəyə qayıt        Baxış: 5 215          Tarix: 23-07-2023, 22:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma