Xəbər lenti

Bu ilin birinci yarısında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti büdcədən maliyyələşən 15 təşkilatda 2019-cu ildən 2023-cü ilə qədər olan dövrü əhatə etməklə 1 milyard 123,4 milyon manat məbləğində vəsaitin istifadəsini yoxlayıb.

Nazirlikdən Ovqat.com-a verilən məlumata əsasən həmin təşkilatların 14-də 675,0 milyon manat məbləğində vəsaitin istifadəsinin yoxlanılma nəticəsində bu təşkilatlarda 1 milyon 150,1 min manat artıq və əsassız ödənişlərə yol verildiyi aşkar edilib. Nəzarət tədbirlərinin gedişində bu ödənişlərin dövlət büdcəsinə tam olaraq bərpası təmin edilib.

Xidmətin 1 təşkilatda apardığı nəzarət tədbiri nəticəsində 448,4 milyon manat məbləğində vəsaitin istifadəsi əhatə olunub, bu təşkilatda aşkar edilmiş 3 milyon 151,9 min manat məbləğində artıq və əsassız ödənişlərə hüquqi qiymət verilməsi üçün yoxlama materialları Baş Prokurorluğa göndərilib.

Aparılmış nəzarət tədbirləri ilə (Respublika Baş Prokurorluğuna göndərilən 1 nəzarət tədbiri istisna olmaqla) aşkar edilən nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində müvafiq protokollar tərtib edilib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 410.1 və 410.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törətdiklərinə görə 22 nəfər vəzifəli şəxsə 20,4 min manat məbləğində cərimələr tətbiq edilib və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin edilib.




Ana səhifəyə qayıt        Baxış: 3 195          Tarix: 27-07-2023, 20:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma