“Bu gün vəziyyət dəyişib, gündəm dəyişib, yeni suallar yaranıb. Birinci məsələ “Artsax” ermənilərinin öz vətənlərinə qayıtmasıdır. Əgər onlar öz evlərinə qayıtmasalar, o zaman “Artsax” məsələsi birdəfəlik bağlanacaq”.
Ovqat.com xəbər verir ki, bu barədə Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan videomüraciətində bildirib.
Onun sözlərinə görə, bu, gündəmdə olmalıdır.
“Gündəmə həmçinin Bakıda “qanunsuz saxlanılan” soydaşlarımızın, məhbusların və “Artsax” rəhbərlərinin Ermənistana qaytarılması məsələsi də daxil edilməlidir.
Mən tezliklə sülh müqaviləsi imzalamaq üçün Brüsselə gedəcək Paşinyanı bu məsələləri gündəmə gətirməyə çağırıram. Əgər “Artsax” məsələsini qaldırmaqdan imtina etsəniz, biz Ermənistanın ərazi bütövlüyü haqqında danışacağıq.
30 ildir ki, Azərbaycan öz vətəndaşlarının geri qayıtması tələbindən əl çəkmir və bu gün Ermənistan da bunu təkid etməlidir.
Əgər sən, Nikol Paşinyan, bacarmırsansa, hazır deyilsənsə, qorxursan, get, qoy daha cəsarətli biri gəlsin ki, bu məsələləri gündəmə gətirsin”, - deyə eks-nazir vurğulayıb.
Deyəsən, Oskanyan unudur ki, bizim də Ermənistandan didərgin düşmüş 100 minlərlə qaçqınlarımız var. Qarabağ erməniləri kimi, onlar da öz evlərinə qayıtmaq istəyə bilərlər.
Paylaş: