Ermənistanın baş naziri Nikol Paşinyan qondarma “Dağlıq Qarabağ Respublikası”nın ləğvi ilə bağlı fərmanın mətni ilə şəxsən tanış olub və onun imzalanmasını tələb edib.
Ovqat.com-un məlumatına görə, bu barədə Ermənistanın “Hraparak” qəzeti öz mənbələrinə istinadən yazır.
Nəşrin iddiasına görə, Paşinyan qondarma qurumun rəhbəri Samvel Şahramanyanı sentyabrın 19-20-də eskalasiyanı dayandırmaq üçün hər şeyi etməyə və Azərbaycanın bütün tələbləri ilə razılaşmağa çağırıb.
Qəzet yazır ki, azərbaycanlılar “DQR” nümayəndələrinə ordunun və bütün dövlət qurumlarının buraxılması, silahların təhvil verilməsi tələblərini çatdıranda Şahramanyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanla əlaqə saxlayıb və onun vasitəsilə vasitəçiliyi ilə Paşinyanla telefon danışığı aparıb. Baş nazir Şahramanyanı Bakının bütün tələblərini yerinə yetirməyə və döyüşlərin Ermənistan ərazisinə keçməsinə imkan verməməyə çağırıb.
Paylaş: