Xəbər lenti
27-11-2024, 19:25


İsrailin Rusiyadakı səfirliyinin Repatriasiya şöbəsi oktyabrın 27-dək Rusiya vətəndaşlarının qəbulunu dayandırmaq qərarına gəlib.

 

Ovqat.com-un məlumatına görə, İsrailin Moskvadakı diplomatik nümayəndəliyindən Rusiyanın rəsmi informasiya agentliyi TASS-a bu barədə bildirilib.

 

“Repatriasiya Departamenti repatriasiya vizalarının verilməsi üçün ziyarətçilərin qəbulunu 27 oktyabr 2023-cü il tarixinədək dayandırır”, - deyə agentliyin məlumatında qeyd olunur.

 

Məlumatda həmçinin vurğulanır ki, sözügedən qərarın səbəbləri açıqlanmır.

 

Eyni zamanda, səfirlik konsulluq şöbəsinin dəyişməz işini davam etdirdiyini vurğulayıb.

 

Məlumata görə, ötən ilin dekabrında Yəhudi Agentliyi 70 min repatriatın İsrailə köçdüyünü bildirmişdi ki, bu da son 23 ilin ən yüksək göstəricisidir.

 

Repatriasiya yəhudi əslli vətəndaşların geri qayıtmaq üçün etdiyi müraciətə deyilir.




Ana səhifəyə qayıt        Baxış: 3 961          Tarix: 24-10-2023, 18:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma