Xəbər lenti
27-11-2024, 19:25

Fələstinin radikal HƏMAS hərəkatı İsraillə əsir mübadiləsi məsələsində tam kompromisə hazırdır.

Bunu hərəkat rəhbərliyinin nümayəndəsi Qazi Həməd deyib.

“Biz bu insanların evlərinə qayıtmalarını istəyirik... Bundan əlavə, məhbuslarımızın elə indi evlərinə dönmələrini istəyirik. Ona görə də düşünürəm ki, indi biz tam kompromisə, bütün girovların, həm hərbçilərin, həm də mülki şəxslərin azad edilməsinə dair razılaşmaya hazırıq, eləcə də İsraildəki həbs mərkəzlərindəki bütün məhbusların azad edilməsinə”, - deyə o bildirib.

Qeyd olunur ki, İsrail çətin ki, bu addımla razılaşa.

Mənbə: NBC News




Ana səhifəyə qayıt        Baxış: 3 132          Tarix: 3-11-2023, 14:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma