“Son 3 il ərzində qanunsuz rejim təxminən 480 kilometr ərazini yeni təmas xətti fəlsəfəsi ilə minalayıb”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbokla birgə keçirdiyi mətbuat konfransında “Report”un sualını cavablandırarkən deyib.
Onun sözlərinə görə, azad edilən ərazilər kütləvi şəkildə minalanıb:
“Son mina qurbanımız dünən olub. Xoşbəxtlikdən həmin şəxs sağ qalıb. Antiterror tədbirlərindən sonra azad etdiyimiz ərazilərdə vəziyyət təhlil olunacaq. Son 3 il ərzində qanunsuz rejim təxminən 480 kilometr ərazini yeni təmas xətti fəlsəfəsi ilə minalayıb. Orta hesabla həmin o minaların dərinliyi iki kilometrdir. Bu, o deməkdir ki, əlavə olaraq 960 kvadrat kilometr ərazi minalanıb. Qiymətləndirmə ondan ibarətdir ki, biz orada 100 minlərlə əlavə minaların basdırılması barədə danışırıq”.
Paylaş: