Xəbər lenti
27-11-2024, 19:25

Qarabağdakı qondarma “ordu”da xidmət keçən və çox güman ki, sentyabr tədbirləri zamanı fərarilik edən erməni əsgər Rafael Akopyan bir ay sonra tapılıb.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.

İddiaya görə, o, meşələrdə gizlənib, sonra Beynəlxalq Qırmızı Xaç Komitəsinin köməyi ilə Ermənistana aparılıb. 20 yaşlı əsgər Kotayk rayonunun Büreqavan kəndinə köçmüş ailəsinə qovuşub. Valideynlər yeganə oğullarının xilas edilməsini möcüzə adlandırırlar.

Akopyan deyib ki, bu müddətdə yabanı giləmeyvə yeyirmiş, bəzən yemək üçün yaxınlıqdakı kəndlərə enirmiş və bütün bu müddət ərzində müharibənin bitdiyindən, Qarabağın boş olduğundan xəbərsiz imiş.




Ana səhifəyə qayıt        Baxış: 2 861          Tarix: 5-11-2023, 17:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma