Xəbər lenti
27-11-2024, 19:25

ABŞ Suriyanın şərqində İranın dəstəklədiyi silahlı qruplaşmaların istifadə etdiyi obyektə hava zərbəsi endirib.

Musavat.com “The Guardian”a istinadən xəbər verir ki, bu barədə məlumatı Pentaqon açıqlayıb. 

Nəşr regional münaqişə qorxusunun artdığına diqqət çəkib.

Bu, ABŞ-ın son bir həftə ərzində bölgədə həyata keçirdiyi ikinci hava hücumudur.

Bundan başqa, ABŞ müdafiə nazirinin Yaxın Şərq üzrə nümayəndəsi Dana Struhl Yaxın Şərqdə böyük eskalasiyanın başlayacağı barədə xəbərdarlıq edib. O, buna səbəb kimi, Rusiyanın zenit-raket sistemlərinin "Hizbullah"a tədarükünü göstərib.

Qeyd edək ki, ötən saatlarda Yəmən üsyançıları (husilər) ABŞ-a məxsus PUA-nı Yəmənin ərazi sularında vurduqlarını iddia edib, ABŞ da PUA-nın Yəmən sahillərində qəzaya uğradığını təsdiqləyib.





Ana səhifəyə qayıt        Baxış: 3 695          Tarix: 9-11-2023, 12:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma