Xəbər lenti
Dünən, 19:25

"Rusiya Ukrayna cəmiyyətində parçalanma yaratmağa çalışır".

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski bildirib.

Zelenski "Bloomberg"ə verdiyi müsahibədə "Əlimizidə bununla bağlı kəşfiyyat məlumatları və tərəfdaşlarımızdan gələn məlumatlar var" sözlərini işlədib.

Onun sözlərinə görə, Rusiyanın yeni dezinformasiya planının kod adı "Maydan 3"dür.

Qeyd edək ki, məhz "Maydan" hərəkatı rusiyayönlü eks-prezident Viktor Yanukoviçin devrilməsində həlledici rol oynayıb.

"Maydan onlar üçün çevrilişdir, ona görə də əməliyyatın məqsədi aydındır", - Zelenski deyib.

Rusiya prezidenti Vladimir Putinlə danışıqlardan imtina edən Zelenski Ukraynanın dondurulmuş münaqişə ilə razılaşmayacağını bildirib.




Ana səhifəyə qayıt        Baxış: 3 687          Tarix: 17-11-2023, 15:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma