Xəbər lenti
Dünən, 19:25

ABŞ müdafiə sənayesi hərbi istehsal ehtiyaclarını tam qarşılamaq üçün tələb olunan möhkəmliyə malik deyil.

"Report"un "Politico"ya istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun ABŞ müdafiə sənayesi ilə bağlı dərc olunmamış hesabat layihəsində deyilir.

Sənəddə deyilir: “Ənənəvi müdafiə podratçıları tələb olunan sürət, miqyas və çevikliyə cavab verməli olacaqlar”.

Hesabatda qeyd edilir ki, ABŞ dünyanın ən yaxşı silahlarını istehsal edir, lakin bunu kifayət qədər sürətlə edə bilmir.

Nəşr vurğulayır ki, Amerika müdafiə sənayesi yüksək texnologiyalı silah yarışında Çinlə rəqabət üçün əlindən gələni edir, lakin ÇXR son 30 ildə gəmiqayırma, minerallar və mikroelektronika sahəsində qlobal sənaye gücünə çevrilib. Çin sənayesi yalnız ABŞ-ın deyil, həm də əsas Avropa və Asiya müttəfiqlərinin imkanlarını böyük ölçüdə üstələyir.

Qarşıdakı həftələrdə isə yeni milli müdafiə sənayesi strategiyasının açıqlanması gözlənilir. Yeni strategiyaya əsasən, ənənəvi şirkətlər yeni texnologiyaların işlənib hazırlanmasında daha sürətli hərəkət etməlidirlər.




Ana səhifəyə qayıt        Baxış: 3 566          Tarix: 3-12-2023, 20:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma