Xəbər lenti

İraqın şimalında Türkiyə Silahlı Qüvvələrinin 6 hərbçisi şəhid olub.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Şəhid olan Ramazan Günay, Mehmet Serinkan, İsmail Yazıcı zabit, Yasin Karaca, Şağatay Erenoğlu və Emre Taşkın isə sıravi hərbi qulluqçulardır.

Məlumata görə, terrorçular Türkiyə ordusunun hərbçilərinə hücum edib. Atışma nəticəsində 3 hərbçi hadisə yerində şəhid olub. Yaralı halda xəstəxanaya çatdırılan 3 hərbçinin də həyatını xilas etmək mümkün olmayıb.

Türkiyə ordusunun cavab atəşi nəticəsində 7 terrorçu məhv edilib.




Ana səhifəyə qayıt        Baxış: 3 002          Tarix: 23-12-2023, 10:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma