Xəbər lenti
Dünən, 19:25

İsrailə məxsus dronun zərbəsi nəticəsində Livanın paytaxtı Beyrutda “İzzəddin Əl-Qəssam” briqadasının iki komandiri ölüb.

“Report” xəbər verir ki, bu barədə “Al Aqsa” telekanalı məlumat yayıb.

Qeyd edək ki, daha öncə HƏMAS-ın siyasi bürosunda sədr müavini Saleh əl-Arurinin öldürüldüyünə dair məlumat yayılmışdı.

20:57

İsrailə məxsus dronun Livanın paytaxtı Beyrutun cənub şəhərətrafında yerləşən HƏMAS-ın qərargahına zərbə endirməsi nəticəsində ölən və yaralananlar var.

“Report” Livanın NNA agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Xəbər Agentliyinin nümayəndəsi deyib.

Bildirilib ki, hadisədə ümumilikdə dörd nəfər ölüb. Onlardan biri HƏMAS-ın İordan çayının Qərb sahilindəki nümayəndəsi Saleh əl-Aruridir.

Məlumata görə, olayda 11 nəfər yaralanıb.

Qeyd edək ki, Saleh əl-Aruri HƏMAS-ın liderlərindən biri, onun hərbi qanadı “İzzəddin Əl-Qəssam” briqadasının banilərindəndir. 2023-cü ilə olan vəziyyətə əsasən o, HƏMAS-ın siyasi bürosunda sədr müavini və HƏMAS-ın İordan çayının qərb sahilindəki hərbi komandanıdır. Bununla belə, o, Livanda yaşayıb.




Ana səhifəyə qayıt        Baxış: 2 815          Tarix: 3-01-2024, 00:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma