Müdafiə nazirinin sabiq müavini, Maddi-Texniki Təminat Baş İdarəsinin keçmiş rəisi, mərhum general-leytenant Fuad Məmmədov və iki şirkət əməkdaşı xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunur.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, F.Məmmədov öldüyünə görə onu hüquqi varisi təmsil edir. Digər təqsirləndirilənlər Fuad Şeydabəyov və Azər Xəlilov haqda isə həbs qətimkan tədbiri seçilib.
Cinayət işini Bakı Hərbi Məhkəməsində Fikrət Əliyevin sədrlik etdiyi hakimlər heyəti araşdırır. İclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr keçirilib.
Növbəti iclasda ittiham aktı elan edilərək məhkəmə istintaqı başlayacaq.
Qeyd edək ki, general Fuad Məmmədov 2018–2020-ci illərdə müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini- Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi olub. O, 2020-ci ildə vəfat edib.
Sail Ağasəlim
Paylaş: