Xəbər lenti
Dünən, 19:25

Həqiqətən Avropa İttifaqının qeyri-rəsmi paytaxtı, pul vahidi, parlamenti və nazirləri varsa, ordusu niyə olmasın?

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu İtaliyanın xarici işlər naziri Antonio Tayaninin AB-nin ordusunun vacibliyi haqda açıqlamasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu yeni mövzu deyil, avropalı rəsmilər və diplomatlar ara-sıra vahid ordu barədə fikirləri söyləyirlər:

“Ancaq bu mövzu açıqlamalardan o yana keçmir, heç kim Avropada vahid ordu məsələsində geniş müzakirə açmaq istəmir. AB vahid ordunu ona görə yaratmağa risk etmir ki, bunun, birincisi, NATO-dan nə ilə fərqlənəcəyi bilinmir, ikincisi, ətrafda baş verən hadisələrə vahid ordu ilə reaksiya vermək üçün bütün üzv dövlətlərin ortaq qərarını ala bilməyəcək. Misal üçün Fransa vahid ordunun harasa müdaxiləsinə dəstək verəcəyi halda, Macarıstan və ya Çexiya bunun əleyhinə çıxacaq. İndinin özündə Rusiya-Ukrayna müharibəsi ilə bağlı AB-də fərqli yanaşmalar var”.




Ana səhifəyə qayıt        Baxış: 3 065          Tarix: 7-01-2024, 21:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma