Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük İnzibatçılığı Baş İdarəsinə rəis təyin edilib.
“Report” xəbər verir ki, bununla bağlı DGK sədri Şahin Bağırov əmr imzalayıb.
Əmrə əsasən, Orxan Nuriyev Gömrük İnzibatçılığı Baş İdarəsinin rəis təyin edilib.
13:06
Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə yeni rəis təyin olunub.
“Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri general-leytenant Şahin Bağırov əmr imzalayıb.
Əmrə əsasən, sözügedən idarənin rəisi vəzifəsinə gömrük xidməti general-mayoru Güloğlan Muradlı təyin edilib.
Qeyd edək ki, Güloğlan Muradlı bundan əvvəl Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini olub. O, ötən ilin may ayında vəzifəsindən azad edilərək təqaüdə göndərilmişdi.
Paylaş: