SOCAR-ın keçmiş prezidenti ilə iş adamı Anar Əlzizadə arasında narazılıq yarandığı bildirilir…
İqsadiyyat nazirinin müavini, SOCAR-ın keçmiş prezidenti Rövnəq Abdullayevlə iş adamı, dayısı oğlu Anar Əlizadə arasında ciddi şəkildə narazılıq yarandığı iddia edilir. Məlumata görə Rövnəq Abdullayevlə Anar Əlizadə arasında yaranan narazılığın səbəbi Türkiyədə birlikdə yaratdıqları biznes sahəsinin yenidən bölüşdürülməsi olub. Belə ki, iş adamı Anar Əlizadə Rövnəq Abdullayevin SOCAR prezidenti vəzifəsindən çıxarıldıqdan sonra şərikli yaratdıqları biznesi öz nəzarətinə alıb. Şirkətin gəlirlərinin hamısına Anar Əlizadənin sahiblənməsi Rövnəq Abdullayevin ciddi narazılığına səbəb olub.
Bu xəbəri AzFakt.coa-a şərh edən mənbə isə bildirib ki, əslində bu iddialar Rövnəq Abdullayevin yaxın əhatəsindən bilərəkdən buraxılan şayidən başqa bir şey deyil. Anar Əlizadə ilə aralarında problem barədə şayiə yaymaqla isə Rövnəq Abdullayev həm Anarı Əlizadəni, həm də Türkiyədə və Avropa, o cümlədən ofşorlarda Əlizadənin nəzarətində olan ailə biznesini qorumağa çalışır.
Bundan başqa aldığımız məlumata görə Rövnəq Abdullayev bir dönəm daha AFFA prezidenti olmaqda israrlıdır.
Paylaş: